Argentinada məktəb avtobusu qəzaya uğrayıb, ölənlər var

Argentinada məktəb avtobusu qəzaya uğrayıb, ölənlər var
  • Clock-gray 07:29
  • calendar-gray 29 Noyabr 2019

Argentinanın paytaxtı Buenos-Ayresin cənubunda məktəb avtobusunun qəzaya uğraması nəticəsində iki uşaq ölüb.

APA xəbər verir ki, bu barədə “France Presse” agentliyi polis mənbələrinə istinadən məlumat yayıb.

“11 və 12 yaşlarında olan iki uşaq ölüb, çoxu xəsarət alanlar var, onlar xəstəxanaya yerləşdirilib”, - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, hadisə Buenos-Ayresdən 160 km məsafədə baş verib. Avtobusda 11-13 yaşları arasında qədər 43 uşaq və iki sürücü daxil olmaqla 10 nəfər böyük insan olub. Onların məktəb gəzintisinə yollandıqları deyilir.

Qəzanın dəqiq səbəbləri hələ müəyyənləşdirilməyib.

apa-logo-mini

Digər xəbərlər