Argentinanın paytaxtı ağcaqanad hücumuna məruz qalıb

Argentinanın paytaxtı ağcaqanad hücumuna məruz qalıb
# 21 fevral 2021 12:33 (UTC +04:00)

Argentinanın paytaxtı Buenes-Ayres ağcaqanad istilasına məruz qalıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Buenes-Ayresdə bu zona üçün tipik sayılan “Aedes Albifasciatus” ağcaqanad növü kəskin artıb.

Buna səbəb iqlim şəraitidir. Uzun müddət quraqlıq olması, daha sonra isə leysan yağışlar yağması ağcaqanadların kəskin artmasını şərtləndirib.

Qeyd edək ki, “Aedes Albifasciatus” ağcaqanad növü təhlükəli xəstəliklərin daşıyıcısı deyil, ancaq onların insanları sancması ağrılı allergik reaksiyalar yarada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR