BMT-nin Baş katibi dünyada atəşkəsə mane olan iki problemi açıqlayıb

BMT-nin Baş katibi dünyada atəşkəsə mane olan iki problemi açıqlayıb
# 11 yanvar 2021 07:12 (UTC +04:00)

“Dünyada sülh və qlobal atəşkəsin təmin edilməsi yolunda iki böyük problem var: “Birincisi, inamsızlıq, ikincisi isə destruktiv qüvvələrdir”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

Baş katib əlavə edib ki, silahlı qarşıdurmaların çoxu daxili münaqişələrdi: “Bir çox başqa ölkələr digər ölkələrin daxili qarşıdurmalarında iştirak etməklə vəziyyəti çətinləşdirirlər”.

Quterreş atəşkəsə və pandemiya ilə mübarizəyə diqqət yetirilməsinə çağırış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR