Bayden: “ABŞ qoşunları Əfqanıstandan mükəmməl və təhlükəsiz qaydada çıxacaq”

Bayden: “ABŞ qoşunları Əfqanıstandan mükəmməl və təhlükəsiz qaydada çıxacaq”
# 26 mart 2021 01:12 (UTC +04:00)

“ABŞ qoşunlarını Əfqanıstandan 1 may tarixinə qədər geri çəkməsi çətin olacaq”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden ilk açıq mətbuat konfransında bildirib.

ABŞ lideri bu çətinliyi taktiki səbəblərlə izah edib.

Bayden Əfqanıstanda qoşunları olan digər ölkələrlə və NATO üzvləri ilə məsləhətləşmələrin aparıldığını diqqətə çatdırıb.

O, əlavə edib ki, ABŞ qoşunlarını Əfqanıstandan çıxacağı təqdirdə, bu proses mükəmməl və təhlükəsiz qaydada olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR