Bayden təyyarənin nərdivanına qalxarkən büdrəyib - VİDEO

Bayden təyyarənin nərdivanına qalxarkən büdrəyib - VİDEO
  • Clock-gray 21:50
  • calendar-gray 19 Mart 2021

ABŞ Prezidenti Co Bayden cümə günü Corciya ştatına uçmazdan əvvəl xidməti təyyarəsinin nərdivanına qalxarkən iki dəfə büdrəyib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın yerli telekanalları məlumat yayıb.

Qeyd edək ki, 78 yaşlı ABŞ lideri Ağ Evdən Merilend ştatındakı Endryus hərbi bazasına helikopterlə gəlib. Bayden nərdivanla sürətlə qalxarkən büdrəyib. 

Buna baxmayaraq, ABŞ prezidenti özünü toparlayaraq hava bazasında olan hərbçilərə salam verib.

Xatırladaq ki, 1975-ci ildə ABŞ-ın 38-ci Prezidenti Gerald Ford yağışlı havada təyyarənin nərdivanından enərkən büdrəyib.

apa-logo-mini

Digər xəbərlər