Boliviya məhkəməsi Evo Moralesə seçkilərə qatılmağa icazə verməyib

Boliviya məhkəməsi Evo Moralesə seçkilərə qatılmağa icazə verməyib
  • Clock-gray 05:12
  • calendar-gray 08 Sentyabr 2020

Boliviya məhkəməsi keçmiş prezident Evo Moralesin Koçamba departamentinin senatoru postuna namizədliyinin qeydə alınmasına icazə verməyib.

APA xəbər verir ki, bu barədə “ABI” agentliyi məlumat yayıb.

Məhkəmə eks-prezidentin mühafizə vəsatətini rədd edib və Boliviya Ali Seçki Məhkəməsinin namizədliyini irəli sürməsi üçün qoyduğu qadağa barədə qərarını qüvvədə saxlayıb.

Öz növbəsində, Boliviyanın ədliyyə naziri vəzifəsini icra edən Alvaro Koimbra məhkəmə iclasından sonra ölkədə hələ də “ədalətli hakimlər”in olduğunu bildirib.

apa-logo-mini

Digər xəbərlər