Braziliyada COVID-19-a yoluxanların sayı 3 milyonu, bu virusdan ölənlərin sayı 100 mini keçib

Braziliyada COVID-19-a yoluxanların sayı 3 milyonu, bu virusdan ölənlərin sayı 100 mini keçib
# 09 avqust 2020 01:51 (UTC +04:00)

Braziliyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 3 milyonu ötüb. Son sutka ərzində ölkədə daha 49 970 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 3 012 412 nəfər yoluxub. Bu müddət ərzində 100 477 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 905 nəfər olub.

Həmçinin bu günədək 2 094 293 (yoluxanların təxminən 70%-i) xəstə müalicə olunaraq sağalıb. Hazırda 817 642 aktiv xəstə var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR