Braziliyada bir sutkada 39 mindən çox insanda koronavirus aşkar olunub

Braziliyada bir sutkada 39 mindən çox insanda koronavirus aşkar olunub
# 12 iyul 2020 05:19 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 39 023 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 1 839 850 nəfər yoluxub. Bu müddət ərzində 71 469 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 1071 nəfər olub.

Həmçinin bu günədək 1,1 milyondan çox xəstə müalicə olunaraq sağalıb.

Qeyd edək ki, Braziliya COVID-19 infeksiyasına yoluxanların və bu virusdan ölənlərin sayına görə dünyada ikinci yerdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR