Braziliyada bu il karnaval keçirilməyəcək

Braziliyada bu il karnaval keçirilməyəcək
  • Clock-gray 16:59
  • calendar-gray 23 Yanvar 2021

Pandemiya səbəbindən iyul ayına təxirə salınması təklif edilən karnavala nə prefektura, nə də Rio-de-Janeirodakı Müstəqil Samba Məktəbləri Liqasından olan təşkilatçılar hazırlaşmağa vaxt tapmırlar.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rio-de-Janeironun meri Eduardu Payes deyib.

O bildirib ki, bu il Braziliyada karnaval keçirilməyəcək: "Mən heç vaxt karnavala olan həvəsimi və bu mədəni tədbirin şəhərimizin iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğunu dəqiq dərk etdiyimi heç vaxt gizlətməmişəm. Lakin hazırkı şəraitdə karnavalın iyul ayında keçirilməsinin mümkün olacağına inanmaq mənim üçün ağlasığmaz görünür".

apa-logo-mini

Digər xəbərlər