Braziliyada daşqınlar 50-dən çox insanın həyatına son qoyub

Braziliyada daşqınlar 50-dən çox insanın həyatına son qoyub
# 27 yanvar 2020 08:24 (UTC +04:00)

Braziliyanın cənub-şərqində güclü yağışların yaratdığı daşqınlar zamanı azı 53 nəfər həyatını itirib.

APA TASS-a istinadən xəbər verir ki, Minas-Jerais şəhərinin Mülki Müdafiə İdarəsinin məlumatına görə, 19 nəfər itkin düşmüş hesab olunur.

Təxminən 14 min insan evlərini tərk edib, 3,3 mindən çox insan evsiz qalıb. Minas-Jerais şəhərində 44, qonşu Espiritu-Santoda isə 9 nəfər ölüb.

Sinoptiklərin bildirdiyinə görə, leysan yağəşları cümə axşamı səhər saat 9-dan etibarən başlayıb. Yağıntılar 110 ildə rekord həddə çatıb. Əyalətdə yanvar ayı üçün orta aylıq yağıntı iki dəfədən çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR