Braziliyada koronavirusa yoluxanların sayı 955 mini keçib

Braziliyada koronavirusa yoluxanların sayı 955 mini keçib
# 18 iyun 2020 04:45 (UTC +04:00)

Braziliyada yeni növ koronavirusa yoluxanların sayı 1 milyona yaxınlaşır – hazırda onların sayı 955 377-dir.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son sutkada Braziliyada 32 188 nəfərdə COVID-19 virusuna yoluxma faktı təsdiqlənib, 1269 nəfər isə bu virusdan ölüb.

Ümumilikdə 463 474 nəfər müalicə olunaraq sağalıb. 445 393 xəstə isə hazırda müalicə alır. İndiyədək 46 510 nəfər də virusun qurbanına çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR