Braziliyada koronavirusa yoluxma hallarının sayı 888 mini keçib

Braziliyada koronavirusa yoluxma hallarının sayı 888 mini keçib
  • Clock-gray 08:37
  • calendar-gray 16 İyun 2020

Braziliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 888 mini keçib, təxminən 44 min ölkə vətəndaşı bu virusdan ölüb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son 24 saatda 20 647 yeni yoluxma halı və 627 ölüm faktı qeydə alınıb. Ölüm nisbəti 4,9% təşkil edir.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, Braziliyada 888 271 nəfərdə COVID-19 virusu aşkar olunub, bütün müddət boyu 43 959 nəfər bu virusun qurbanına çevrilib.

apa-logo-mini

Digər xəbərlər