Braziliyada koronavirusa yoluxma sayı 3,5 milyonu ötüb

Braziliyada koronavirusa yoluxma sayı 3,5 milyonu ötüb
# 21 avqust 2020 05:15 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 45 323 nəfərin koronavirus infeksiyasına yoluxması, 1204 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 3 501 975 nəfər yoluxub. Bu müddət ərzində 112 304 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 2,8 milyondan çox xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR