Braziliyada koronavirusla bağlı vəziyyət kritik olaraq qalır

Braziliyada koronavirusla bağlı vəziyyət kritik olaraq qalır
# 10 oktyabr 2020 04:13 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 27 444 nəfərin koronavirus infeksiyasına yoluxması, 682 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 5 055 888 nəfər yoluxub. Bu müddət ərzində 149 639 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 4 433 595 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR