Braziliyada son sutkada 1202 nəfər koronavirusdan ölüb

Braziliyada son sutkada 1202 nəfər koronavirusdan ölüb
  • Clock-gray 03:31
  • calendar-gray 24 Yanvar 2021

Braziliyada son sutka ərzində daha 62 334 nəfərin koronavirus infeksiyasına yoluxması, 1202 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 8 816 254 nəfər yoluxub. Bu müddət ərzində 216 445 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 7 628 438 xəstə müalicə olunaraq sağalıb.

apa-logo-mini

Digər xəbərlər