Braziliyada son sutkada 26 mindən çox insanda COVID-19 virusu aşkarlanıb

Braziliyada son sutkada 26 mindən çox insanda COVID-19 virusu aşkarlanıb
# 07 dekabr 2020 08:37 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 26 363 nəfərin koronavirus infeksiyasına yoluxması, 313 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 6 603 540 nəfər yoluxub. Bu müddət ərzində 176 941 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 5 776 182 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR