Braziliyada son sutkada 60 minədək insanda koronavirus aşkar olunub

Braziliyada son sutkada 60 minədək insanda koronavirus aşkar olunub
# 22 yanvar 2021 08:12 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 59 119 nəfərin koronavirus infeksiyasına yoluxması, 1316 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 8 697 368 nəfər yoluxub. Bu müddət ərzində 214 147 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 7 580 741 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR