Braziliyada son sutkada 79 mindən çox insan koronavirusa yoluxub, 2,5 minədək insan isə bu virusdan ölüb

Braziliyada son sutkada 79 mindən çox insan koronavirusa yoluxub, 2,5 minədək insan isə bu virusdan ölüb
# 21 mart 2021 08:22 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 79 069 nəfərin koronavirus infeksiyasına yoluxması, 2438 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 11 950 459 nəfər yoluxub. Bu müddət ərzində 292 752 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 10 419 393 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR