Çilidə aksiyalar zamanı 300-dək etirazçı saxlanılıb

Çilidə aksiyalar zamanı 300-dək etirazçı saxlanılıb
  • Clock-gray 06:28
  • calendar-gray 04 Mart 2020

Çili polisi ölkənin paytaxtı da daxil olmaqla bir sıra şəhərləri bürüyən yeni etiraz aksiyaları zamanı 283 nəfəri saxlayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Qonsalo Blumel bildirib.

“Dünən 283 nəfər saxlanılıb, onlar məhkəməyə cəlb olunacaqlar”, - deyə Blumel yerli “Agricultura FM” radiosuna açıqlamasında qeyd edib.

Bildirilir ki, nümayişçilərlə yerli polis arasında baş verən şiddətli qarşıdurmalar zamanı paytaxtdakı etirazçılar Mənzil və Şəhərsalma Nazirliyinin qədim binasını yandırıblar. Bundan əlavə, Santyaqo şəhərinin metro xidməti iğtişaşlar səbəbindən 16 stansiyanın müvəqqəti bağlandığını elan edib.

“Biobiochile”nin məlumatına görə, bazaar ertəsi günü etirazlar, həmçinin Çilinin Konsepsyon, Antofaqasta və Valparaiso şəhərlərində də keçirilib. Yerli KİV-in yazdığına görə, ölkə prezidenti Sebastyan Pinyera Çilidə növbəti dəfə fövqəladə vəziyyət rejiminin elan olunmasını istisna etməyib.

apa-logo-mini

Digər xəbərlər