Co Bayden Kamala Harrisi özündən də ağıllı adlandırıb

Co Bayden Kamala Harrisi özündən də ağıllı adlandırıb
  • Clock-gray 01:57
  • calendar-gray 21 Mart 2021

ABŞ prezidenti Co Bayden vitse-prezident Kamala Harrisi Atlanta Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin əməkdaşlarına təqdim edərkən onun özündən daha ağıllı olduğunu deyib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, amerikalı liderin sözləri Ağ Evin saytında da dərc olunub.

Corciya ştatına səfəri zamanı Bayden nitqlə çıxış edib və sonra dərhal sözü Harrisə verməli olduğunu bildirib: “Və mən bunu etməli deyildim, çünki çıxışı məndən daha ağıllı vitse-prezidentimə güzəştə getmək istəyirəm”.

Harris isə cavabında zarafatla qeyd edib ki, “burada əlavə ediləcək bir şey yoxdur”.

apa-logo-mini

Digər xəbərlər