"Diamond Princess" gəmisi ilə səyahət edən 44 ABŞ vətəndaşında koronavirus aşkarlanıb

"Diamond Princess" gəmisi ilə səyahət edən 44 ABŞ vətəndaşında koronavirus aşkarlanıb
# 17 fevral 2020 06:53 (UTC +04:00)

Yaponiyanın Yokohama dəniz limanında karantin altında saxlanılan Diamond Princess kruiz gəmisində səyahət edən 44 ABŞ vətəndaşında yeni növ koronavirus aşkar edilib.

APA xəbər verir ki, bu barədə “The Washington Post” amerikalı virusoloq, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçiyə istinadən məlumat yayıb.

Fauçi xəstəliyin yayılmasına qarşı mübarizə aparmaq üçün Ağ Evin rəhbəri Donald Tramp tərəfindən yaradılan xüsusi qrupun üzvüdür.

Onun sözlərinə görə, gəmidə təxminən 400 amerikalı olub. Birləşmiş Ştatlar öz vətəndaşlarının gəmidən təxliyəsinə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR