Dünyada koronavirusa yoluxanların sayı 23 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 23 milyonu ötüb
# 22 avqust 2020 22:51 (UTC +04:00)

Dünyada COVID-19 infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı 23 milyonu keçib.

APA xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti öz hesabatında qeyd edib.

Universitetin məlumatına görə, dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 23 009 629-a çatıb, COVID-19 diaqnozu qoyulmuş 800 566 nəfər isə dünyasını dəyişib. Bu müddət ərzində 14 766 365 nəfər müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR