Ekvadorda həbsxanada baş verən qiyamda 6 nəfər ölüb, 7 nəfər yaralanıb

Ekvadorda həbsxanada baş verən qiyamda 6 nəfər ölüb, 7 nəfər yaralanıb
# 07 dekabr 2020 10:42 (UTC +04:00)

Ekvadorda həbsxanada qiyam baş verib, ölənlər var.

APA-nın "Prensa Latina" agentliyinə istinadən verdiyi xəbərə görə, Ekvadorun şimal-qərbindəki Esmeraldas əyalətində yerləşən həbsxanada baş verən qiyamda ən azı altı nəfər ölüb, yeddi nəfər yaralanıb.

Bildirilib ki, toqquşma həbsxanada təsir dairəsi uğrunda mübarizə aparan iki rəqib qrup arasında baş verib. Asayişi bərpa etmək üçün həbsxanaya xüsusi polis qrupları cəlb edilib.

Cəzaçəkmə müəssisəsinin rəhbərliyi bildirib ki, iğtişaşlar zamanı məhkumlar qaçmağa cəhd etməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR