Esper Ərdoğanın İncirlik və Kürəcik hərbi bazalarının bağlana biləcəyi barədə fikirlərinə münasibət bildirib

Esper Ərdoğanın İncirlik və Kürəcik hərbi bazalarının bağlana biləcəyi barədə fikirlərinə münasibət bildirib
  • Clock-gray 11:57
  • calendar-gray 17 Dekabr 2019

ABŞ-ın Müdafiə naziri Mark Esper Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın Türkiyədəki İncirlik hərbi bazası ilə NATO-nun Kürəcik hərbi bazasının bağlana biləcəyi barədə fikirlərinə münasibət bildirib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Lüksemburqdan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran M. Esper deyib ki, o, Türkiyə Prezidentinin fikirləri ilə mətbuatdan tanış olub.

“Mən bu barədə mətbuatdan xəbər tutmuşam. Bunun üçün türkiyəli həmkarımla danışmalıyam ki, onların bu açıqlama ilə nə demək istədiklərini və nə qədər ciddi olduqlarını öyrənim”, - deyə ABŞ-ın Müdafiə naziri vurğulayıb.

M. Esper onu da qeyd edib ki, əgər Türkiyə tərəfi Kürəcik hərbi bazasını bağlamaqda qətidirsə, bu, NATO ilə müzakirə olunmalıdır: “NATO bazalarına və ya xarici ölkələrin qoşunlarının öz ərazilərində yerləşməsinə icazə vermək və ya verməmək onların suveren hüququdur. Lakin yenə də düşünürəm ki, bu, ittifaq məsələsidir”.

Zümrüd Paşkin

Digər xəbərlər