KİV: ABŞ qoşunları çıxarsa, "Taliban" Əfqanıstanda hakimiyyəti öz əlinə alacaq

KİV: ABŞ qoşunları çıxarsa, "Taliban" Əfqanıstanda hakimiyyəti öz əlinə alacaq
# 27 mart 2021 05:23 (UTC +04:00)

ABŞ əsgərləri “Taliban” qüvvələri və Əfqanıstan hökuməti arasında razılaşma əldə edilmədən geri çəkiləcəyi təqdirdə “taliban”çılar ölkənin çox hissəsində nəzarəti iki-üç il ərzində öz əllərinə keçirə biləcək. ABŞ kəşfiyyat xidmətləri prezident Co Baydenə bununla bağlı xəbərdarlıq ediblər.

APA xəbər verir ki, bu barədə “New York Times” qəzeti özəl mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, hadisələrin bu cür inkişafı “Əl-Qaidə” terror qruplaşmasının Əfqanıstanda bir daha güclənməsinə səbəb ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR