KİV: ABŞ-da yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var

KİV: ABŞ-da yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
# 28 dekabr 2019 21:31 (UTC +04:00)

ABŞ-ın Luiziana ştatında, Lafayett şəhəri yaxınlığında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb. Bildirilir ki, təyyarənin göyərtəsində altı nəfər olub.

Kanalın məlumatına görə, hadisə yerli vaxtla 09:22-də (Bakı vaxtı ilə 19:22) baş verib. Təyyarə hava limanından 1,5 km məsafədə olan avtomobil dayanacağına çırpılıb.

“Fox News” telekanalı hadisə nəticəsində tələfat olmadığını bildirir, ancaq yerli “KPEL” radiostansiyası qəza nəticəsində azı beş nəfərin öldüyünü iddia edir. Qəza yerində xilasedicilər və polis işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR