Kanadada bir gündə rekord sayda koronavirusa yoluxma halları qeydə alınıb

Kanadada bir gündə rekord sayda koronavirusa yoluxma halları qeydə alınıb
# 17 aprel 2020 06:44 (UTC +04:00)

Kanadada son sutka ərzində koronavirusa yoluxanların sayı 1727 nəfər artaraq 28 379-dan 30 106 nəfərə yüksəlib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu müddətdə virusdan ölənlərin sayı 185 nəfər artıb və ümumilikdə 1195-ə çatıb. 9729 nəfər isə sağalıb.

Bundan əvvəlki yüksək göstərici aprelin 2-də qeydə alınmışdı. Həmin vaxt 1655 nəfər virusa yoluxmuşdu.

Ən çox yoluxma halları yenə də Kvebek (15 857), Ontario (8961) və Alberta (2158) əyalətlərində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR