Kolumbiyada bələdiyyə binası yaxınlığında partlayış törədilib, yaralılar var

Kolumbiyada bələdiyyə binası yaxınlığında partlayış törədilib, yaralılar var
# 27 mart 2021 04:07 (UTC +04:00)

Kolumbiyanın Korinto bələdiyyəsinin inzibati binasının qarşısında bombanın partlaması nəticəsində azı 17 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə cümə günü baş verib. Partlayıcı quraşdırılmış avtomobil polis bölməsi ilə bələdiyyə binası arasında park edilibmiş. Partlayış nəticəsində 17 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

İnsidentlə bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR