Kolumbiyada iki qayığın toqquşması nəticəsində 12 nəfər ölüb

Kolumbiyada iki qayığın toqquşması nəticəsində 12 nəfər ölüb
# 01 fevral 2021 06:01 (UTC +04:00)

Kolumbiyanın qərbində iki qayığın toqquşması nəticəsində azı 12 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Tumako bələdiyyəsi yaxınlığında baş verib. Ölənlər arasında yeddi azyaşlı da var, daha 30 sərnişin isə xilas edilib. Xilasedicilərin sözlərinə görə, təxminən 30 nəfərin itkin düşdüyü ehtimal olunur.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR