Kolumbiyada kütlə atəşə tutulub, 5 nəfər yerindəcə ölüb

Kolumbiyada kütlə atəşə tutulub, 5 nəfər yerindəcə ölüb
# 21 sentyabr 2020 08:20 (UTC +04:00)

Kolumbiyanın qərbində naməlum cinayətkar qruplaşmanın üzvləri tərəfindən 5 nəfər öldürülüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı yerli “La FM” radiosu yayıb.

Hadisə Kauka departamentinin Buenos-Ayres bələdiyyəsində baş verib.

Naməlum şəxslər insanların sıx toplaşdığı xoruz döyüşü keçirilən əraziyə əvvəlcə əl qumbarası atıblar, sonra isə kütləni atəşə tutublar.

İlkin məlumata görə, azı 5 nəfər yerindəcə ölüb.

Həmin ərazidə cinayətkar qruplaşmaların fəal olduğu bildirilir.

Hadisə ilə bağlı istintaq başladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR