Latın Amerikası və Karib hövzəsi ölkələrində COVID-19-dan ölənlərin sayı 100 mini keçib

Latın Amerikası və Karib hövzəsi ölkələrində COVID-19-dan ölənlərin sayı 100 mini keçib
# 24 iyun 2020 10:51 (UTC +04:00)

Latın Amerikası və Karib hövzəsi ölkələrində yeni növ koronavirus infeksiyasından (COVID-19) ölənlərin sayı 100 mini keçib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, ölüm hallarının yarıdan çoxu Braziliyada qeydə alınıb. Braziliya koronavirusdan ölənlərin sayına görə ABŞ-dan sonra ikinci yerdədir.

Meksikada indiyədək 23 mindən çox adam koronavirusdan ölüb.

Hər iki ölkədə digər ölkələrlə müqayisədə daha az məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Peruda 8404, Çilidə isə 4505 ölüm halı qeydə alınıb.

Mütəxəssislər bildirib ki, Latın Amerikası ölkələrinin çoxunda virus hələ pik həddə çatmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR