Maduro seçkilər günü ona qarşı sui-qəsd cəhdinin hazırlandığını bildirib

Maduro seçkilər günü ona qarşı sui-qəsd cəhdinin hazırlandığını bildirib
  • Clock-gray 06:48
  • calendar-gray 09 Dekabr 2020

Venesuela prezidenti Nikolas Maduro parlament seçkiləri günü ona qarşı sui-qəsd hazırlandığını bildirib və bunun arxasında Kolumbiya hakimiyyətinin dayandığını deyib.

APA xəbər verir ki, bu barədə o, “Telesur TV” telekanalında da yayımlanan mətbuat konfransında açıqlama verib.

Maduronun sözlərinə görə, sui-qəsd cəhdi barədə məlumatı “Kolumbiya kəşfiyyatındakı etibarlı bir mənbə” çatdırıb. Əlavə edib ki, planın hazırlanmasında Kolumbiya prezidenti İvan Duke şəxsən iştirak edib.

apa-logo-mini

Digər xəbərlər