Meksikada dəyəri 90 mln. dollar olan narkotik müsadirə olunub

Meksikada dəyəri 90 mln. dollar olan narkotik müsadirə olunub
# 07 fevral 2021 08:42 (UTC +04:00)

Meksika hərbçiləri ölkənin şimal-qərbində, Sinaloa ştatının sahillərində böyük bir narkotik partiyası daşıyan gəmini saxlayıblar.

APA xəbər verir ki, bu barədə TASS ölkənin Hərbi-Dəniz Donanması Nazirliyinə istinadən məlumat yayıb.

İki nəfərin idarə etdiyi gəmidə 2,5 tondan çox metamfetamin və 100 mindən çox fentanil tableti aşkar olunub.

Təxmini qiymətləndirmələrə görə, həmin narkotik maddələrin qara bazardakı ümumi dəyəri təqribən 90 milyon dollardır.

Rəsmi dairələr narkotik maddələrin “Sinaloa” narkotik kartelinə aid olduğunu ehtimal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR