Meksikada koronavirusa yoluxma hallarının sayı 87,5 mini keçib

Meksikada koronavirusa yoluxma hallarının sayı 87,5 mini keçib
# 31 may 2020 07:47 (UTC +04:00)

Meksikada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 87,5 mini keçib, son sutkada daha 364 nəfərin bu infeksiyadan öldüyü öz təsdiqini tapıb.

APA xəbər verir ki, bu barədə Meksikanın Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel bildirib.

“Təəssüflər olsun ki, 9779 nəfər epidemiyanın yayılması zamanı düyasını dəyişib. Ümumilikdə virusa yoluxma hallarının araşdırılması məqsədilə keçirilən testlərin sayı 270 992-dir”, - deyə Lopes-Qatel mətbuat konfransında qeyd edib.

Son sutka ərzində ölkədə daha 2885 nəfərdə COVID-19 infeksiyasına yoluxma aşkarlanıb, bununla da virusa yoluxanların ümumi sayı 87 512 nəfərə çatıb.

Rəsmilər daha 38 994 nəfərin virusa yoluxmasından şübhələndiklərindən araşdırma aparırlar, eyni zamanda, 801 ölüm faktının da eyni səbəbdən ola biləcəyinə dair şübhələr var. Hazırda 16 486 aktiv virus daşıyıcısı müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR