Meksikada şagird sinif yoldaşlarını və müəllimləri güllələyib

Meksikada şagird sinif yoldaşlarını və müəllimləri güllələyib
# 10 yanvar 2020 19:48 (UTC +04:00)

Meksikanın Torreon şəhərində məktəbdə silahlı insident baş verib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, 8 yaşlı məktəbli özü ilə gətirdiyi silahla sinif yoldaşları və müəllimlərinə atəş açıb.

Yerli polisin verdiyi ilkin məlumata görə, biri müəllim olmaqla 3 nəfər ölüb və 4 nəfər yaralanıb. Ölən və xəsarət alanların sayının artması ehtimal edilir.

Hadisəni törədən məktəbli intihar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR