Misirin məşhur yazıçısı vəfat edib

Misirin məşhur yazıçısı vəfat edib
# 21 mart 2021 20:38 (UTC +04:00)

Misirli yazıçı və qadın hüquqlarının müdafiəçisi Nəval əs-Səadvi vəfat edib.

APA TASS-a istinadən xəbər verir ki, 89 yaşlı yazıçının son vaxtlar səhhətindən problemlər var idi.

Qeyd edək ki, ixtisasça psixiatr olan Nəval əs-Səadvinin əsərləri 20-dən çox dilə tərcümə edilib.

O, bir sıra mükafatlara layiq görülüb. 2015-ci ildə xanım yazıçı “Nobel”in Ədəbiyyat nominasiyası üzrə mükafatına namizəd göstərilmişdi.

Nəval əs-Səadvi feminist yazar kimi də məşhur idi. Xüsusilə, bir sıra Afrika ölkələrində ənənvi “qadın sünnəti”nə qarşı kəskin çıxışları ilə tanınırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR