Nyu-Yorkda iranlı general Süleymaninin ölürülməsi fonunda müharibə əleyhinə mitinq keçirilib

Nyu-Yorkda iranlı general Süleymaninin ölürülməsi fonunda müharibə əleyhinə mitinq keçirilib
  • Clock-gray 01:48
  • calendar-gray 05 Yanvar 2020

 

ABŞ-ın Nyu-York şəhərində ictimai təşkilatların, habelə veteranların, dini konfensiya nümayəndələrinin iştirakı ilə əllərində İran bayraqları və öldürülən iranlı generalın portreti olan yüzlərlə insan müharibə əleyhinə şüarlar səsləndirib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, oxşar aksiyalar bu gün ABŞ-ın bir sıra şəhərlərində də keçirilib. 

“Durmalıyıq. Bu qədər müharibələrə başladıq. Bir gün tarazlıq qanunu işləyəcək və bir cavab alacağıq" - deyə, Cennifer adlı yürüş iştirakçısı etirazını bildirib. 

O, generalın öldürülməsinə İranın cavab verə biləcəyindən qorxduğunu etiraf edib.

“Artıq pulumuz yoxdur. Mən doğulduğum zamandan Yaxın Şərqdə vuruşuruq. Biz ata Buş, Klinton, oğul Buş, Obama və nəhayət Trampın rəhbərliyi altında döyüşdük. Müharibənin gətirdiyi ölüm və dağıntıları gördük. Biz sülh tərəfdarıyıq”, - digər etirazçı bildirib.

 

apa-logo-mini

Digər xəbərlər