Obama Administrasiyasının rəsmisi ABŞ-ın İraqdakı səfirliyinə hücuma görə Trampı günahlandırıb

Obama Administrasiyasının rəsmisi ABŞ-ın İraqdakı səfirliyinə hücuma görə Trampı günahlandırıb
  • Clock-gray 06:20
  • calendar-gray 03 Yanvar 2020

Barak Obamanın keçmiş siyasi məsələlər üzrə müşaviri Uendi Şerman Trampı xarici siyasətinə görə tənqid edərək, bunun eyni zamanda Bağdaddakı ABŞ səfirliyinə hücuma səbəb olduğunu iddia edib.

APA-nın “Sputnik”ə istinadən verdiyi xəbərə görə, Şerman bildirib ki, Trampın İranla əlaqəli uğursuz siyasəti ABŞ-ı bu vəziyyətə çatdırıb. 

“USA Today” nəşrində dərc edilən xəbərə görə isə Obama Administrasiyasının rəsmisi əlavə edib ki, ABŞ prezidenti xarici siyasətində yanlışlıqlara yol verib. O Trampı xarici siyasətin qurulmasında və idarə olunmasında əsas aparıcı qurum olan Dövlət Departamentində və digər dövlət qurumlarında ixtisarların edilməsində günahlandıraraq İraq, İran, Şimali Koreya, Əfqanıstan, Venesuela, Yaxın Şərq, Rusiya, Çin və Honq Konqdakı mövcud vəziyyətə işarə edib.

Xatırladaq ki, çərşənbə axşamı Tramp ABŞ-ın İraqdakı səfirliyinə məlum hücumlarla bağlı İranı günahlandıraraq, buna görə Tehranın məsuliyyət daşıdığını bəyan edib. İran isə Trampın bu ittihamını rədd edərək, Ağ Evi Yaxın Şərqdəki "dağıdıcı siyasət”indən imtina etməyə çağırıb.

 

Rəşad Sarıyev

Digər xəbərlər