Pelosi Trampın impiçmenti ilə bağlı sənədin tez bir zamanda Senata göndəriləcəyini deyib

Pelosi Trampın impiçmenti ilə bağlı sənədin tez bir zamanda Senata göndəriləcəyini deyib
# 10 yanvar 2020 03:41 (UTC +04:00)

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə bağlı işi “çox güman ki, tezliklə” Senata göndərəcəyini bildirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, o bunu jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

“Biz ağıllı davranmalı və strateji düşünməliyik”, - deyə Pelosi əlavə edib.

Onun sözlərinə görə, impiçment sənədləri Senata “yəqin ki, tezliklə” göndəriləcək.

Respublikaçılar partiyasının Senatdakı lideri Mitç Makkonnell bundan əvvəl Nümayəndələr Palatasındakı demokratlardan Donald Trampın impiçmenti ilə bağlı iddianın rəsmi olaraq Senata təhvil verilməsini tələb etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR