Pentaqon İranın raket zərbələri nəticəsində İraqdakı ABŞ bazasında xəsarət alan hərbçilərin sayına aydınlıq gətirib

Pentaqon İranın raket zərbələri nəticəsində İraqdakı ABŞ bazasında xəsarət alan hərbçilərin sayına aydınlıq gətirib
  • Clock-gray 05:34
  • calendar-gray 11 Fevral 2020

Yanvarın 7-dən 8-nə keçən gecə İranın İraqdakı Ayn əl-Əsəd hərbi bazasına raket zərbələri endirməsi nəticəsində beyin travması alan ABŞ əsgərlərinin sayı 109 nəfər olub.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqon açıqlama yayıb.

“Bu günə qədər ABŞ-ın 109 əsgərinə yüngül travmatik beyin xəsarətləri diaqnozu qoyulub, onlardan 76-sı öz xidmətini davam etdirəcək”, - deyə açıqlamada bildirilib.

Pentaqonun açıqlamasına görə, zərərçəkənlərdən əvvəlcə 27-si tibbi yardım aımaq üçün Almaniyaya gətirilib, onlardan 21-i daha sonra ABŞ-a göndərilib, daha biri artıq İraqa qayıdıb və yenidən xidmətinin icrasına başlayıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date