Pentaqon Ukrayna ilə bağlı Rusiyaya çağırış edib

Pentaqon Ukrayna ilə bağlı Rusiyaya çağırış edib
# 07 aprel 2021 10:52 (UTC +04:00)

ABŞ Müdafiə Nazirliyi Rusiyanı Ukraynanın cənub-şərq sərhədində və Krımda hərbi qüvvələrin cəmlənməsi ilə bağlı niyyətini izah etməyə çağırıb.

APA-nın xəbərinə görə, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi brifinqdə bildirib.

O, Rusiyanın niyyətlərini gizlədərək və bölgədəki gərginliyi alovlandıraraq ənənəvi şəkildə hərbi təlimlər keçirdiyini elan etmədiyini qeyd edib.

“Rusiyanı sərhəd boyu bu qüvvələrlə nə etdiyinə dair niyyətlərini daha aydın göstərməyə çağırırıq. Vacib olan sərhəd boyunca gərginliyi azaltmaqdır. Bütün tərəflərin Ukrayna ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında münaqişəyə dair 2014-2015-ci il tarixli Minsk razılaşmalarına riayət etməsi lazımdır. Rusiya qüvvələrinin Ukrayna ilə sərhəd boyunca, Krımda, xüsusən daha çox cənub-şərqə doğru yerləşdirilməsini görürük. Biz bu prosesi çox yaxından izləyirik”, - deyə Pentaqon sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR