Pompeo Çinin koronavirus haqqında dərhal məlumat vermədiyindən təəssüfləndiyini bildirib

Pompeo Çinin koronavirus haqqında dərhal məlumat vermədiyindən təəssüfləndiyini bildirib
# 14 aprel 2020 01:38 (UTC +04:00)

“ABŞ Çinin yeni növ koronavirus haqqında vaxtında məlumat verməməsindən təəssüflənir”.

APA TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo Almaniyanın "Bild" qəzetinə müsahibəsində bildirib.

O, Çinin Uhan şəhərində başlayan epidemiyanın tez bir zamanda müəyyən edilməməsindən təəssüfləndiyini vurğulayıb: “Çin hökuməti məlumatları vaxtında verməyib. Bu, dəhşətdir”.

Koronavirusun dünyaya vurduğu ziyana görə kimin məsuliyyət daşıdığı sualına cavab verməyən dövlət katibi bu mövzuda qlobal müzakirəyə ehtiyac olduğunu deyib: “Bunun necə başladığını və haradan başladığını anlamaq vacibdir. İndiki məqamda qlobal iqtisadiyyatın bərpasına diqqət yetirilməlidir. İttihamların zamanı sonra gələcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR