Sabiq dünya çempionu Meyvezer öldürülən afroamerikalının dəfn xərclərini ödəyəcək

Sabiq dünya çempionu Meyvezer öldürülən afroamerikalının dəfn xərclərini ödəyəcək
# 02 iyun 2020 07:17 (UTC +04:00)

Boks üzrə keçmiş dünya çempionu, amerikalı Floyd Meyvezer ABŞ-ın Minneapolis şəhərində polis tərəfindən saxlanılarkən ölən afroamerikalı Corc Floydun dəfn xərclərini qarşılamağı öz üzərinə götürüb.

APA xəbər verir ki, bu barədə Meyvezerin nümayəndəsi Leonard Ellerbi “ESPN” telekanalına müsahibəsində deyib.

“Bunu dediyimə görə yəqin ki, Meyvezer dəli olacaq, ancaq tam olaraq dəfnin xərclərini ödəyəcək. Floyd 20 ildir ki, bu cür xeyirxahlıqlar edir”, - deyə Ellerbi bildirib.

Onun sözlərinə görə, keçmiş boksçu mərhumun ailəsi ilə əlaqə yaradıb və öz təklifinə onların razılığını alıb. Ellerbi boksçunun bu addımı özünüreklam məqsədilə atmadığını və xeyirxah əməlləri barədə həmişə susmağa üstünlük verdiyini də diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR