Tramp: "ABŞ tez bir zamanda Əfqanıstanı tərk edəcək"

Tramp: "ABŞ tez bir zamanda Əfqanıstanı tərk edəcək"
# 31 iyul 2020 23:12 (UTC +04:00)

ABŞ yaxın gələcəkdə qoşunlarını Əfqanıstandan çıxarmağı planlaşdırır.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz açıqlamasında bildirib.

“Tez bir zamanda Əfqanıstandan çıxacağıq”, - deyən amerikalı lider Ağ Evdə tədbir zamanl vurğulayıb.

Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo da bu həftə verdiyi açıqlamalarının birində radikal “Taliban” hərəkatı ilə bağlanmış sülh müqaviləsinin bir hissəsi olaraq, nəhayət ki, Vaşinqtonun gələn ilin may ayında Əfqanıstandan çıxmaq niyyətində olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR