Tramp "Antifa" hərəkatının üzvlərinin ABŞ-a girişini məhdudlaşdıran fərman imzalayıb

Tramp "Antifa" hərəkatının üzvlərinin ABŞ-a girişini məhdudlaşdıran fərman imzalayıb
# 06 yanvar 2021 08:53 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp ultra-solçu “Antifa” hərəkatının (faşizmə və rasizmə qarşı mübarizə - Red.) üzvlərinin ABŞ-a giriş imkanlarını məhdudlaşdıran memorandum imzalayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Ağ Ev tərəfindən yayılmış bəyanatda hərəkatın fəaliyyətinin ABŞ-ın təməllərini sarsıtdığı və insan həyatı üçün təhlükə yaradan şiddəti təbliğ etdiyi deyilir.

“Bu zorakı əməllər dinc etirazçıların hüquqlarını pozur, ölkəmizin xalqının, xüsusən də ən həssas insanların həyatını, azadlığını və əmlakını məhv edir”, - deyə bəyanatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR