Tramp Co Baydenlə debata hazır olduğunu açıqlayıb

Tramp Co Baydenlə debata hazır olduğunu açıqlayıb
# 17 avqust 2020 17:51 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Demokrat partiyasının prezidentliyə namizədi Co Baydenla debata hazır olduğunu açıqlayıb.

APA-nın xəbərinə görə, bu barədə D. Tramp "Fox News"a bildirib.

"Biz debat istəyirik. Biz hazırıq. Debatlardan biri daha erkən olmalıdır (erkən səsverməyə başlamazdan əvvəl - red.), lakin biz Conun debat istəmədiyini görürük. Əgər Co saat yarımlıq debata gəlsə və sadəcə ayaq üstə dayansa, media bunu debat tarixində ən yaxşı çıxış adlandıracaq. Bunu siz də, mən də bilirik", - deyə D. Tramp qeyd edib.

Qeyd edək ki, bu il noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Seçkilərdə Respublikaçılar partiyasını Donald Tramp, Demokrat partiyasını isə Co Bayden təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR