Tramp "G7" sammitini sentyabradək təxirə salmaq və bura Rusiyanı da çağırmaq istəyir

Tramp "G7" sammitini sentyabradək təxirə salmaq və bura Rusiyanı da çağırmaq istəyir
  • Clock-gray 04:40
  • calendar-gray 31 May 2020

ABŞ Prezidenti Donald Tramp “G7” sammitini sentyabra qədər təxirə salmaq və ora Rusiya da daxil olmaqla, dörd ölkəni dəvət etmək niyyətindədir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə prezidenti müşayiət edən jurnalistlər qrupu bildirib.

“Prezident “G7” haqqında yazmağa icazə verdiyi bir neçə xəbəri bildirib. O, sammiti sentyabradək təxirə salmaq və bura Rusiya, Cənubi Koreya, Avstraliya və Hindistanı dəvət etmək istəyir”, - deyə məlumatda qeyd olunub.

“Mənə elə gəlir ki, “G7” dünyada baş verənləri kifayət qədər təmsil etmək imkanına malik deyil. Bu, çox köhnəlmiş ölkələr qrupudur”, - Tramp belə deyib.

Öz növbəsində Ağ Evin strateji kommunikasiya direktoru Alissa Fara ölkələr qrupu genişləndirilmiş sammitin Çinlə bağlı bəzi məsələləri müzakirə etməyə imkan verəcəyini bildirib.

“Alissa Fara bildirdi ki, sammit Çinin gələcəyi ilə bağlı nə etmək lazım olduğunu müzakirə etmək üçün ənənəvi müttəfiqlərimizlə birgə təşkil olunacaq”, - jurnalistlərin məlumatında belə deyilir.

Sərxan Kamallı

Digər xəbərlər