Tramp İrana qarşı sanksiyaların müddətini uzadıb

Tramp İrana qarşı sanksiyaların müddətini uzadıb
  • Clock-gray 21:25
  • calendar-gray 12 Noyabr 2020

ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən məlumat yayılıb.

“İranla münasibətlərimiz hələ də normallaşmayıb... Bu səbəbdən 14 noyabr 1979-cu il tarixli 12170 saylı fərmanla elan edilmiş İrana qarşı fövqəladə vəziyyətin uzadılmasına ehtiyac olduğuna qərar verdim”, - Tramp belə deyib.

apa-logo-mini

Digər xəbərlər