Tramp Makronla koronavirusa qarşı mübarizə yollarını müzakirə edib

Tramp Makronla koronavirusa qarşı mübarizə yollarını müzakirə edib
# 20 mart 2020 08:22 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronla telefon əlaqəsi yaradıb.

APA “TASS”-a istinadən xəbər verir ki, liderlər koronavirusla bağlı vəziyyəti və pandemiya ilə mübarizə üçün birgə səyləri müzakirə ediblər. Bu barədə Ağ Evin mətbuat katibinin müavini Cad Dir açıqlama verib.

“Prezident Tramp və Prezident Makron koronavirusla mübarizədə inkişaf və səyləri müzakirə ediblər. İki lider “Böyük Yeddilik” qrupu və digər beynəlxalq tərəfdaşlarla razılaşdırılmış şəkildə pandemiyanın aradan qaldırılması və onun törədəcəyi iqtisadi zərərin minimuma endirilməsi üçün sıx əməkdaşlığı davam etdirəcəklərini bildiriblər”, - sənəddə belə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR