Tramp "Taliban" hərəkatının lideri ilə danışıb

Tramp "Taliban" hərəkatının lideri ilə danışıb
  • Clock-gray 01:34
  • calendar-gray 04 Mart 2020

ABŞ Prezidenti Donald Tramp “Taliban” hərəkatının lideri ilə telefon bağlantısı qurub.

APA “TASS”-a istinadən xəbər verir ki, president bu barədə jurnalistlərə bildirib.

“Mən bu gün “Taliban”ın lideri ilə danışdım. Bizim yaxşı söhbətimiz oldu. Biz zorakılığın olmaması barədə razılaşdıq. Əfqanıstanda zorakılığı istəmirik. Baxaq, görək nə olacaq”, - deyə Tramp Əfqanıstanda hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutaraq qeyd edib.

Nurlan Əli

Digər xəbərlər